“Bu kirayəçi borcludur, ya yox?”
Cavabı tapmaq üçün üç Excel faylına baxmaq, iki mühasibdən soruşmaq və WhatsApp qrupunu axtarmaq lazımdır.
Müqavilələr, hesab-fakturalar, borclar, ödənişlər və maaşlar bir sistemdə aparılır. Təkrarlanan işləri JamPro özü görür, siz isə vaxtınızı qərar verməyə sərf edirsiniz.
BC-C-004121 240.00 ₼ÖdənilibBC-R-000873 600.00 ₼QismənBC-C-01105186.40 ₼ÖdənilibBC-P-0023390.00 ₼2 ay gecikirEkrandakı rəqəmlər nümunədir.
Bu gün Bakının beş yaşayış kompleksində mənzillərin kommunal ödənişləri, parkinq və icarəyə verilən ofis və mağazaların uçotu JamPro-da aparılır.
Hər mənzil üçün aylıq hesablama aparılır, sakin onlayn ödəyir və borc elə həmin an bağlanır.
Hər avtomobilin öz tarifi, müqaviləsi və ödəniş tarixçəsi var.
Ofis və mağazaların icarə müqavilələri, hesab-fakturaları, ƏDV-si və borcları bir yerdə uçota alınır.
Bu mənzərə çox şirkətə tanışdır. Bəlkə sizə də.
Cavabı tapmaq üçün üç Excel faylına baxmaq, iki mühasibdən soruşmaq və WhatsApp qrupunu axtarmaq lazımdır.
Hələ yox. Yüzlərlə abunəçinin hesabı əllə hazırlanır, birində səhv çıxanda hamısı yenidən yoxlanılır.
Keçən ay bitib, amma heç kim fərqinə varmayıb. Xidmət isə hələ də göstərilir.
Yəqin ki, düzgündür. Yoxlamağa vaxt qalmadı, sabah ödəniş günüdür.
Hər ay eyni cavabı eşidirsiniz: “Sabah hesablayıb deyərik.”
JamPro ilə bu sualların cavabını axtarmağa ehtiyac qalmır. Cavab artıq ekrandadır və qəpiyinə qədər dəqiqdir.
Komandanız cədvəldən cədvələ rəqəm köçürmür, vaxtını müştəriyə və satışa ayırır.
JamPro gündə iki dəfə bütün müqavilələri yenidən hesablayır: kommunal, icarə və parkinq, ƏDV ilə birlikdə. Borclar həmişə aktual olur və bunun üçün heç kim gecə işdə qalmır.
Kimin nə qədər və neçə aydır borclu olduğu bir hesabatda görünür. Xatırlatma SMS-ləri avtomatik göndərilir.
MPAY və ya Hesab.az ilə ödənilən məbləğ dərhal aid olduğu müqaviləyə yazılır. Bank çıxarışını gözləməyə və ödənişləri əllə tutuşdurmağa ehtiyac qalmır.
Hansı mənzilin satıldığı, hansının rezervdə, hansının boş olduğu bir baxışda görünür. Hər alıcının hissə-hissə ödənişləri də nəzarətdədir.
Tabel, məzuniyyət, vergilər və mühasibat yazılışı bir-birinə bağlıdır. Maaşı hesablamaq üçün bir düyməni basmaq kifayətdir.
Sənədi bir nəfər hazırlayır, başqası təsdiqləyir. Kimin nəyi nə vaxt dəyişdiyi jurnalda qeyd olunur.
Gəliri, yığımı, borcu və xərcləri hər şirkət üzrə ayrıca və ya bütün qrup üzrə birlikdə görürsünüz. İstənilən rəqəmin üstünə basanda onun arxasındakı sənədlər açılır.
CAR-2026-0412 · 2 müqavilə| Tarix | Sənəd | Hesablanıb | Ödənilib | Qalıq |
|---|---|---|---|---|
| 01.08.2026 | Hesab-faktura · Avqust | 186.40 | — | 186.40 |
| 05.08.2026 | MPAY ödənişi | — | 186.40 | 0.00 |
| 01.09.2026 | Hesab-faktura · Sentyabr | 186.40 | — | 186.40 |
| 03.09.2026 | Hesab.az ödənişi | — | 186.40 | 0.00 |
| 01.10.2026 | Hesab-faktura · Oktyabr | 186.40 | — | 186.40 |
BC-C-00412Mənzil 14/52 · kommunalAktivBC-P-00233Parkinq · 90-XX-515Aktiv| Müştəri | Obyekt | Borc, ₼ | Gecikmə | Son ödəniş | |
|---|---|---|---|---|---|
| Kaspi Logistika MMC | Ofis B-0712 | 3 600.00 | 2 ay | 14.08.2026 | SMS |
| Rəşad Əliyev | Mənzil 3/18 | 540.00 | 3 ay | 02.07.2026 | SMS |
| Nur Dizayn MMC | Ofis C-0204 | 1 240.00 | 1 ay | 09.09.2026 | SMS |
| Leyla Məmmədova | Mənzil 14/52 | 186.40 | 1 ay | 03.09.2026 | SMS |
| Elvin Quliyev | Parkinq 90-XX-515 | 90.00 | 4 ay | 11.06.2026 | SMS |
| Cəmi | 5 656.40 | ||||
| Əməkdaş | Hesablanıb | Gəlir vergisi | DSMF | İTS, işsizlik | Ödəniləcək |
|---|---|---|---|---|---|
| Aysel HüseynovaBaş mühasib | 3 000.00 | 125.00 | 286.00 | 75.00 | 2 514.00 |
| Kamran NəsirovMühəndis | 2 400.00 | 66.00 | 226.00 | 60.00 | 2 048.00 |
| Günay Rzayevaİdarəçi | 2 000.00 | 54.00 | 186.00 | 50.00 | 1 710.00 |
| Tural BabayevTexnik | 1 200.00 | 30.00 | 106.00 | 30.00 | 1 034.00 |
| Səbinə QasımovaKassir | 900.00 | 21.00 | 76.00 | 22.50 | 780.50 |
| Cəmi | 9 500.00 | 296.00 | 880.00 | 237.50 | 8 086.50 |
Ekranlardakı adlar və rəqəmlər nümunədir.
Aşağıda sistemin əsas funksiyaları və onların hansı işi asanlaşdırdığı göstərilib. Hamısı bir sistemin içindədir, bir-biri ilə əlaqəlidir və eyni məlumatdan istifadə edir.
Yüzlərlə kirayəçi və onlarla tarif olanda hər ay eyni yorucu iş təkrarlanır.
JamPro müqavilənin bağlanmasından ödənişin qəbuluna qədər bütün prosesi avtomatlaşdırır.
Satılan hər mənzil illərlə davam edən ödəniş qrafiki deməkdir.
Tikinti şirkətləri üçün JamPro satışı, hissə-hissə ödənişi və təhvildən sonrakı xidməti bir sistemdə birləşdirir.
Qrupda onlarla şirkət var, hər birinin öz mühasibatı. Rəhbər isə hamısını bir yerdə görmək istəyir.
JamPro-da hər şirkətin məlumatı ayrıca saxlanılır, rəhbər isə ümumi mənzərəni bir ekranda görür.
Rutin işləri sistem görür, komanda isə vacib işlərlə məşğul olur.
Dünən nə qədər pul yığıldığını, kimin borcunun gecikdiyini və bu ayın gəlirini heç kimə zəng etmədən görür.
Müqavilə, parkinq və kommunal xidmət bir pəncərədə rəsmiləşir.
Bütün müqavilələr üzrə borclar yenilənir, bunun üçün heç kim düymə basmır.
Məbləğ dərhal doğru borcu bağlayır. Mühasibə heç nə daxil etmək qalmır.
SMS özü göndərilir. Heç kimə xoşagəlməz zəng etmək lazım gəlmir.
Mühasib bir düymə ilə hesablayır, yazılışı təsdiqə göndərir.
Siz isə çoxdan evdəsiniz.
Köhnə sisteminizin məlumatlarını JamPro-ya köçürürük və hər rəqəmi yoxlayırıq. Köhnə sistemdə hər müştərinin borcu nə qədər idisə, JamPro-da da qəpiyinə qədər eyni olur.
Hər müştərinin borcu köhnə sistemlə tək-tək tutuşdurulur.
JamPro sizin serverinizdə işləyir və bütün məlumat bazası sizdə qalır. Kənara yalnız qoşduğunuz ödəniş və SMS xidmətlərinə lazım olan məlumat göndərilir.
Sistemi buluda köçürmək məcburiyyəti yoxdur. O, sizin infrastrukturunuzda və nəzarətinizdə işləyir.
Hər istifadəçi yalnız ona icazə verilən şirkətin məlumatlarını görür.
Hər vəzifəyə ayrıca səlahiyyət verilir: kassir yalnız kassanı, kadr şöbəsi yalnız əməkdaşları görür.
Kimin nəyi nə vaxt dəyişdiyi audit jurnalında saxlanılır.
Sistem Azərbaycan, rus və ingilis dillərindədir, hər ekranın öz təlimatı var.
Dəstək komandası yerlidir, sizinlə eyni dildə danışır və eyni saatda işləyir.
JamPro üçün adi Windows server kifayətdir. Quraşdırmanı biz edirik, IT şöbənizə isə addım-addım təlimat veririk.
JamPro açıq mənbəli texnologiyalar üzərində qurulub: .NET, PostgreSQL və Vue. Verilənlər bazası, hesabat aləti və ya başqa komponent üçün ayrıca lisenziya almırsınız. Serverdə yalnız Windows Server lazımdır, o da çox şirkətdə artıq var.
Rəqəmlər tipik yükə görədir. Böyük həcmdə serverin ölçüsünü sizinlə birlikdə dəqiqləşdiririk.
Kommunal modulla başlayıb sonra maaş modulunu əlavə edə bilərsiniz. Yeni modul mövcud sistemdə sadəcə aktivləşdirilir, heç nə yenidən qurulmur və məlumat köçürülmür.
Komandanızın hər həftə əl işinə nə qədər vaxt sərf etdiyini daxil edin və bunun ildə nəyə başa gəldiyini görün.
Bu, 1.5 əməkdaşın bütün ilini yalnız cədvəl doldurmağa sərf etməsi deməkdir.
Hesablama yalnız sizin daxil etdiyiniz rəqəmlərə əsaslanır: ildə 48 iş həftəsi, ayda 160 iş saatı.
İllik lisenziyaya yeniləmələr və yerli dəstək daxildir, başqa proqram lisenziyası almırsınız. Qiymət şirkətinizin ölçüsündən, yəni obyektlərin, əməkdaşların və şirkətlərin sayından asılıdır.
Köhnə bazanızı köçürürük, nəticəni özünüz yoxlayırsınız. Sistemi alsanız, bu məbləğ ilk ilin ödənişindən çıxılır.
Bir dəfəlik. Serverə quraşdırma, köhnə məlumatların köçürülməsi, komandanın öyrədilməsi.
Bir dəfə ödəyirsiniz və lisenziya müddətsiz qalır. İkinci ildən yeniləmə və dəstək üçün illik 20%.
Qiymətlər ƏDV-siz göstərilib. Sistem sizin serverinizdə işləyir. Daha böyük həcm üçün fərdi təklif hazırlayırıq.
Köhnə sisteminizin məlumatlarını bizə verin, biz onları JamPro-ya köçürək. Öz müştərilərinizi və borclarınızı yeni sistemdə görəndən sonra qərar verərsiniz.
Pilot öz məlumatlarınızla, sizin serverinizdə aparılır.